Jurnalist Məlahət Zeynallı həbsdə olan həyat yoldaşı, "Xural TV"nin rəhbəri Əvəz Zeynallı ilə görüşüb.
"Unikal" xəbər verir ki, bu barədə o, "Facebook" səhifəsində yazıb.
M.Zeynallı bildirib ki, həyat yoldaşı həbs ediləndən 145 gün sonra onunla görüşə bilib.
Xatırladaq ki, Ə.Zeynallı və vəkil Elçin Sadıqov "Baku Still Company" şirkətinin həbsdə olan sabiq rəhbəri Rasim Məmmədovun ailə üzvlərindən külli miqdarda rüşvət almaqda təqsirləndirilir.
Hər iki şəxs Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) maddəsi ilə təqsirləndirilərək barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Daha sonra E.Sadıqov barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.