Ombudsman Səbinə Əliyeva həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevlə görüşüb.

Bu barədə "Unikal"a Ombudsman Aparatının Mətbuat Xidmətindən məlumat verilib.

Qeyd olunub ki, Bəxtiyar Hacıyevin anası və onunla bağlı müraciət edən digər şəxslər Ombudsman Aparatında qəbul olunub. Eyni zamanda Bəxtiyar Hacıyev saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasında ombudsman Səbinə Əliyeva tərəfindən qəbul olunaraq müraciəti dinlənilib.