Azərbaycan Merliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Zaur Mikayılovun fevral ayının 10-da Şəmkir şəhərində Şəmkir və Gədəbəy rayonlarının sakinləri ilə keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişib.
"Unikal" xəbər verir ki, sədr Zaur Mikayılov vətəndaşları Şəmkir Suvarma Sistemləri idarəsinin inzibati binasında fevral ayının 15-də qəbul edəcək.