Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən və ADBTİA-nın professor-müəllim heyəti və əməkdaşları arasında təşkil olunan stolüstü tennis, mini-futbol və nərd turnirinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.
"Unikal" xəbər verir ki, akademiyanın konfrans zalında baş tutan tədbirdə İdman işləri üzrə prorektor Fərid Mansurov və elmi katib Bəxtiyar Rüstəmov mükafata layiq yer tutan iştirakçıları təbrik edərək onlara gələcək yarışlarda uğurlar arzulayıblar.
Daha sonra qaliblərə mükafatlar təqdim edilib.