Muxtar respublika ərazisində qeyri-sabit hava şəraiti müşahidə olunur.
"Unikal" xəbər verir ki, bu gün gecəyarısından başlayaraq Naxçıvan şəhərinə yağan qar 2 santimetr olub. Dağlıq bölgələrdə isə yağıntı intensiv xarakter alıb, qar örpəyinin hündürlüyü 10 sm-ə çatıb.