Sumqayıtda məktəblərin birində istilik problemi yaranıb.

Bu barədə "Unikal"a valideynlər məlumat verib. Bildirilib ki, artıq bir neçə gündür ki, şəhərin Hacı Zeynəlabdin Tağıyev Qəsəbəsində yerləşən 19 nömrəli məktəbdə istilik sistemi işləmir. Şagirdlər soyuq sinif otaqlarında dərs keçirlər.

Məsələ ilə bağlı Abşeron-Xızı regional təhsil idarəsindən sorğumuza cavab olaraq bildirilib ki, Sumqayıt şəhər 19 nömrəli tam orta məktəbin bir  korpusunda kitabxana və akt zalı daxil olmaqla 4 sinif otağının istiliklə təchizatında problem yaranıb. Hazırda problemin aradan qaldırılması üçün müvafiq tədbirlər həyata keçirilir.

Seymur Əli