2 fevral - Gənclər Günü münasibəti ilə Kənd Təsərrüfatı Nazirliyi Aparatının bir qrup əməkdaşı ilə görüş keçirilib.
"Unikal" xəbər verir ki, tədbirdə çıxış edən Kənd Təsərrüfatı Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri Fuad Məmmədov görüş iştirakçılarını Gənclər Günü münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb. Azərbaycanda həyata keçirilən gənclər siyasəti barədə məlumat verən Fuad Məmmədov bildirib ki, vətənpərvərlik ruhunda böyüyən Azərbaycan gəncləri ölkəmizin tərəqqisi naminə əzmlə fəaliyyət göstərirlər.
Kənd Təsərrüfatı Nazirliyinin Elm, təhsil və insan resursları şöbəsinin müdir müavini İlham Süleymanov Azərbaycanda gənclərin hərtərəfli inkişafı üçün yaradılan imkanlardan söz açıb. Gənclərin maraqlarının və hərtərəfli inkişafının təmin olunması üçün lazımi şəraitin yaradıldığını deyən İlham Süleymanov əlavə edib ki, Azərbaycan gəncliyinin sağlamlığı, təhsili, bilik və peşəkarlıqlarının artırılması istiqamətində mühüm işlər görülür. Qeyd olunub ki, diqqət və qayğı ilə əhatə olunan gənc nəsil ölkə həyatının bütün sahələrində yüksək fəallıq nümayiş etdirirlər.
Tədbirdə Azərbaycan gəncliyinin ölkəmizin gələcək inkişafına layiqli töhfələr verəcəyinə əminlik ifadə olunub.
Tədbirin sonunda ötən il Nazirliyin əmək fəaliyyətində fərqlənmiş bir qrup əməkdaşına Fəxri Fərmanlar təqdim olunub. Görüşdə iştirak edən gənclər də öz növbəsində təəssüratlarını bölüşüblər. Tədbirin sonunda gəncləri maraqlandıran sualları cavablandırılıb, rəy və təkliflərini dinləyərək onlarla fikir mübadiləsi aparılıb.