Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu toplantısında iştirak məqsədilə Azərbaycanda işgüzar səfərdə olan İtaliyanın ətraf mühit və enerji təhlükəsizliyi naziri Gilberto Piçetto Fratinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş keçirilib.
"Unikal" xəbər verir ki, görüşdə iki ölkə arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq imkanları və gələcək perspektivlər müzakirə olunub.