Fevralın-4-də Xətai rayonunda rayon ictimaiyyətinin iştirakı ilə ağacəkmə aksiyası keçirilib. Aksiya çərçivəsində rayonun Cavanşir və Ceyhun Həsənov küçələrində 1500 ədəd ağac əkilib.
"Unikal" xəbər verir ki, rayonun idarə, müəssisə və təşkilatları da aksiyaya qoşularaq inzibati binaların ətrafında abadlıq təmizlik işləri aparıb, ağac əkiblər.
Aksiya Ulu Öndər Heydər Əliyevin 2023-cü ildə qeyd olunacaq 100 illiyinə, həmçinin Prezident İlham Əliyev tərəfindən imzalanan Sərəncamla 2023-cü ilin Azərbaycanda "Heydər Əliyev İli" elan olunmasına həsr edilib.