Gənclər və idman naziri Fərid Qayıbov İTV-də yayımlnan “Şənbə axşamı” verilişində qonaq olub.
"Unikal" xəbər verir ki, nazir proqramda idmançıların saqqal saxlamasına münasibət bildirib:
"İndi saqqal çox populyardır. Gənclərimizin bir çoxu saqqal saxlayır. Belə bir trend varsa, niyə də yox? Xatırlamıram, əvvəl idmançılara saqqal saxlamağa icazə verilmirdi? Mən də bığ saxlamaq istəyirdim, amma yoldaşım icazə vermədi”.