Ermənistan parlamentinin keçmiş deputatı Arakel Movsisyanın oğlu həbs olunub.
"Unikal" xəbər verir ki, bu barədə "shamshyan.com" məlumat yayıb.
Bildirilib ki, eks-parlamentarinin oğlu David Movsisyan pyataxt İrəvanın mərkəzindəki gecə klublarından birində dava salıb.
Məlumata görə, hadisə yerinə gələn polis əməkdaşları 22 yaşlı David Movsisyanın da daxil olmaqla, 5 gənci saxlayıb.
Hazırda araşdırmaların aparıldığı qeyd olunub.