Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 11.07.2025-ci il tarixində saat 14:30 radələrində Goranboy rayon sakini 1979-cu il təvəllüdlü (qadın cinsli) şəxsin vəziyyətinin pisləşməsi səbəbilə çağırış daxil olub.
Bu barədə "Unikal"a TƏBİB-dən bildirilib.
Qeyd edilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub və şəxsin həkiməqədər ölüm faktı qeydə alınıb.
*** 16:51
Goranboyda iynədən şoka düşən 46 yaşlı qadın ölüb.
"Unikal"ın məlumatına görə, hadisə Xocalı rayon sakinlərinin məskunlaşdığı şəhərcikdə baş verib.
Belə ki, şəhərcikdə yaşayan Xocalı rayon sakini, 1979- cu il təvəllüdlü Aynurə Cəfərovaya qonşusu tərəfindən yaşadığı evdə iynə vurulub. Bu zaman qadın şoka düşüb.
Qadın xəstəxanaya aparılsa da onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov