Daşkəsəndə gənc qadın sirkə turşusundan zəhərlənib.

"Unikal"ın məlumatına görə, hadisə şəhərin İsmət Qayıbov küçəsində baş verib. Belə ki, rayon sakini 2001-ci il təvəllüdlü N.Musayeva  zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal xəstəyə yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir. 24 yaşlı qadının hansı səbəbdən sirkə turşusundan zəhərlənməsi məlum deyil.

Fakt araşdırılır.

Tural Əhmədov