Goranboyda yol qəzası olub.

"Unikal"ın məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun rayon ərazisindən  keçən hissəsində baş verib. Bakı şəhər sakini, 1967-ci il təvəllüdlü O.Yusifov idarə etdiyi DAF markalı yük avtomobilli ilə, Göygöl rayon sakini, 2005-ci il təvəllüdlü S.Süleymanovun idarə etdiyi "Mercedes" markalı avtomobil toqquşub.Qəza zamanı  xəsarət alan olmasa da, yük avtomobilindən düşən metal boru kənd ərazisində yolun mərkəzində olan bir ədəd işıq dirəyinə ziyan vurub.

Hadisə yerinə DYP əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov