Şəmkirdə ikimərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb.
"Unikal"ın məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində yanğın məhdudlaşdırılıb.
Yanğın zamanı xəsarət alan olmayıb.
*** 22:01
Şəmkirdə ikimərtəbəli yaşayış evi yanır, sakinlər təxliyə edilib.
"Unikal"ın məlumatına görə, hadisə rayonun ərazisində qeydə alınıb. Rayonda yerləşən ikimərtəbəli yaşayış binasında anidən yanğın olub. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Yanğının söndürülməsi istiqamətində işlər gedir. Bina sakinləri təxliyə edilib. Əraziyə adiyyatı qrumların əməkdaşları cəlb edilib.
Fakt araşdırılır.
Tural Əhmədov