Bir sıra ərəb və Qərb ölkələrinin hakimiyyət orqanları Əfqanıstanın paytaxtında diplomatik nümayəndəliklərini bağlamaq qərarına gəliblər.
"Unikal" xəbər verir ki, bu barədə bazar günü “ Al Arabiya ” telekanalı öz mənbələrinə istinadən məlumat yayıb.Onların fikrincə, bu qərara səbəb “təhlükəsizlik sahəsində təhdidlər” olub. Hansı ölkələrin Kabildəki səfirliklərinin işini dayandırmaq qərarına gəldiyini kanalın mənbələri açıqlamayıb.
Bazar günü səhər saatlarında “Haşt-e Subh” qəzeti mənbələrə istinadən Səudiyyə Ərəbistanı səfirliyinin əməkdaşlarının Əfqanıstanı tərk edərək krallıq ərazisinə qayıtdığını bildirib. Bu qərarın səbəbi həm Əfqanıstanda hakimiyyəti ələ keçirmiş radikal Taliban hərəkatının tərəfdarlarının səfirlik əməkdaşlarına peşə vəzifələrini yerinə yetirməsinə qoyulan qadağa, həm də təhlükəsizlik mülahizələri ola bilər. Səudiyyə tərəfi hələlik bu məlumatı şərh etməyib.
Bundan əvvəl Pakistan Xarici İşlər Nazirliyi diplomatlarının Əfqanıstandan təxliyəsi ilə bağlı mediada yer alan xəbərləri təkzib etmişdi.