İsrailin baş naziri Benyamin Netanyahu hüquq-mühafizə orqanlarına müraciət edərək, onun öldürülməsi təhlükəsi ilə bağlı tədbir görməyi xahiş edib.
"Unikal" xəbər verir ki, Netanhu, son bir neçə həftə ərzində məmurlara qarşı artan təhrik dalğasının olduğunu dilə gətirib.
“Bu gün biz baş nazirə qarşı açıq-aşkar sui-qəsd təhdidi eşitdik və gördük”.
“Bu, demokratiya üçün real təhlükədir. Mən hüquq-mühafizə orqanlarının və təhlükəsizlik qüvvələrinin bu dəhşətli fenomenə qarşı sərt davranacağını gözləyirəm. Hüquq-mühafizə orqanlarından təcili tədbirlər gözləyirəm”, - deyən baş nazir müxalifətdən də qəti və aydın bəyanatlar gözlədiyini qeyd edib.