"Həmkarım Vladimir Putinlə ehtiyacı olan ölkələrə ərzaq çatdırmaq üçün aparılan işlər “bəzi insanları narahat edir”.
"Unikal" xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Aydında gənclərlə görüşündə deyib.
“Cənab Putin dedi: “Gəlin taxıl göndərək, siz onu una çevirib yoxsul Afrika ölkələrinə göndərəcəksiniz”. Bu, bəzilərini narahat edir, lakin biz düzgün hesab etdiyimiz şeyi edəcəyik” deyə prezident bildirib.
Türkiyə liderinin sözlərinə görə, o, dünyada Putinlə, digər tərəfdən isə Ukrayna prezidenti Volodimir Zelenski ilə danışıqlar apara bilən yeganə şəxsdir .
Bir müddət əvvəl Türkiyənin müdafiə naziri Hulusi Akar Ukrayna limanlarından taxıl ixracı üçün yaradılmış dəniz humanitar dəhlizinin nasazlıqla işlədiyini bildirib .
Onun sözlərinə görə, Türkiyə Rusiya və Ukrayna tərəfləri ilə dəhlizin fəaliyyətini müzakirə edir. O əlavə edib ki, yaxın günlərdə fevralın 24-dən Ukrayna sahillərində dənizdə olan 6 mülki gəmi Türkiyəyə qayıdacaq .