Pakistanın Bəlucistan əyalətində bombalı hücum olub.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, əyalətin Kuetta şəhərində Polis Qərargahına yaxın ərzidə baş verən partlayışda 5 nəfər ölüb.
Hücumun şəhərdə Pakistan Kriket Super Liqası çərçivəsində keçirilən sərgi matçı zamanı təşkil edilməsi diqqət çəkib. Belə ki, matçın başlamasından 30 dəqiqə sonra bomba partladılıb. Bununla da sərgi matçı ləğv edilib.