Türkiyənin Kahramanmaraş bölgəsində baş verən 7,4 bal gücündə zəlzələ Qaziantep şəhərində dağıntılara səbəb olub.
"Unikal" xəbər verir ki, zəlzələdən sonra zərər görən binalardan biri də Qaziantep qalasıdır.
Tarixi qalanın yeraltı təkanlar nəticəsində divarları uçub.
Qeyd edək ki, tarixi qala YUNESKO-nun Yaradıcı Şəhərlər siyahısına daxil edilib.
Ağarza Elçinoğlu
Türkiyədə tarixi Gaziantep qalası zəlzələ nəticəsində uçdu#Gaziantep #deprem #kale pic.twitter.com/lVNCflwF8A
— Unikal Media Group (@UnikalOrgPortal) February 6, 2023