Gəncə şəhərindən ümumi çəkisi 150 tona yaxın olmaqla 7 yük maşınından ibarət humanitar yardım Türkiyəyə yola düşüb.

Gəncə Şəhər İcra Hakimiyyətindən "Unikal"a bildirilib ki, 6 fevral 2023-cü il tarixində Türkiyə Respublikasının cənub-şərq bölgəsində qeydə alınan zəlzələ nəticəsində zərərçəkmiş şəxslərə yardım məqsədi ilə Azərbaycanın bütün bölgələrində olduğu kimi Gəncədən və ətraf bölgələrdən də yardımlar toplanılır.
Şəhər və ətraf rayon sakinlərinin, habelə dövlət və qeyri-dövlət orqanlarının təşəbbüsü ilə toplanan yardımlar 10 fevral 2023-cü il tarixində 7 yük maşını ilə Gəncədən Türkiyəyə yola salınıb.
Yolasalma mərasimində Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev, icra hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları və şəhər ictimaiyyəti iştirak edib.

Göndərilən ləvazimatlar əsasən, isti geyimlər, istilik vasitələri, yorğanlar, ədyallar, uşaq bezləri, uşaq yeməkləri, qablaşdırılmış qidalar və digər zəruri əşyalar olub.

Yardım aksiyası davam edir və növbəti yardım karvanının sabah yola salınması nəzərdə tutulub