Azərbaycan Texniki Universitetinin (AzTU) professoru, fəlsəfə elmləri doktoru Əlipaşa Əliyev vəfat edib.

"Unikal" xəbər verir ki, bu barədə universitetdən məlumat verilib.

Qeyd edək ki, Əlipaşa Əliyev 1933-cü ildə anadan olub.

1955-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Tarix fakültəsini bitirib. 1963-cü ildən AzTU-da pedaqoji fəaliyyətlə məşğul olub. 10 kitabın, 2 metodik vəsaitin və 150-yə qədər elmi məqalənin müəllifi olub.