Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını davam etdirirlər.

"Unikal" xəbər verir ki, xilasedicilərimiz əməliyyatlar zamanı tapdıqları Türkiyə bayraqlarını da uçqun altında qoymurlar.

Onlar bayraqları səliqəli şəkildə götürüb təhvil verirlər.

Həmin görüntüləri təqdim edirik: