Bakıda ev yanıb.
Fövqəladə Hallar Nazirliyindən "Unikal"a verilən məlumata görə, Nizami rayonunda ümumi sahəsi 200 kvadratmetr (hər mərtəbəsi 100 kvadratmetr) olan ikimərtəbəli evin dam örtüyünün taxta atmaları 1 kvadratmetr sahədə qismən yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı bir nəfərin yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Evin qalan hissəsi yanğından mühafizə olunub.