SOCAR “Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası davam edir.

"Unikal" xəbər verir ki, növbəti həftə ( 13-14.02.2023 və 16-17.02.2023  tarixləri) daha 4 rayonda vətəndaşlarla “Açıq mikrofon” aksiyaları keçiriləcək. Aksiya həftənin 1-ci günü saat 12:00-dan 13:00-dək  Daşkəsən rayonunda (Heydər Əliyev Mərkəzinin qarşısı), 2-ci günü  saat 14:00-dan 15:00-dək  Şəmkir rayonunda (Heydər Əliyev Mərkəzinin qarşısı), 4-cü günü saat 12:00-dan 13:00-dək Ağstafa rayonunda (Heydər Əliyev Mərkəzinin qarşısı), 5-ci günü saat 12:00-dan 13:00-dək Gədəbəy rayonunda (Heydər Əliyev Mərkəzinin qarşısı) baş tutacaq. Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.