Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər.

"Unikal" xəbər verir ki, FHN-in xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində xüsusilə mürəkkəb və riskli xilasetmə əməliyyatı nəticəsində dağıntılar altında 128 saat qalmış 2 bacı - 8 yaşlı Tavilla və 13 yaşlı Xədicəni xilas ediblər.