Tərtərdə yol qəzası olub.

"Unikal" apa-ya istinadən xəbər verir ki, 1987-ci il təvəllüdlü Salmanov Eltac Qurbanəli oğlu idarə etdiyi “KİA-SORENTO” markalı avtomobillə Talış kəndi istiqamətində hərəkətdə olarkən idarə etməni itirərək avtomobili yolun sağ kənarına çıxardıb aşırtmaqla yol-nəqliyyat hadisəsi törədib.Nəticədə özü və avtomobildə olan sərnişin 1984-cü il təvəllüdlü Quliyev Rəşad Şükür oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Tərtər rayon mərkəzi xəstəxanasına yerləşdirilib.