Son günlər öz köhnə avtomobili Türkiyədə zəlzələdən əziyyət çəkən insanlara dəstək olaraq qəhrəmana çevrilən Sərvər Bəşirlinin ailəsinə ilk dəstək "Kontakt Home"dan gəlib.

"Unikal" xəbər verir ki, "Kontakt Home" mağazalar şəbəkəsinin bir qrup əməkdaşı Sərvər Bəşirlinin yaşadığı evdə olub. Ailə üzvləri və onların həyat şəraiti ilə tanışlıqdan sonra Sərvər Bəşirlinin ailəsinə "Kontakt Home" mağazalar şəbəkəsi adından paltaryuyan maşın, mini soba və tozsoran hədiyyə edilib. 

S. Bəşirlinin ailəsi diqqətə görə minnətdarlığını ifadə edib.