Gəncədə piyadanın vurulması ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.
"Unikal" apa-ya istinadən xəbər verir ki, hadisə şəhərin Poçt qəsəbəsində qeydə alınıb.
Hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən 1940-cı il təvəllüdlü Nəzakət Məmmədovanı vurub. Yaşlı qadın xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.