Nizami rayonunda yanğın hadisəsi baş verib.

"Unikal"ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbərinə görə, Bakı şəhərinin Nizami rayonunda çoxmərtəbəli yaşayış binasının mənfi 2-ci mərtəbəsində yerləşən avtomobil dayanacağında “Mercedes” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.