Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) ilə North West şirkəti arasında bağlanmış müqaviləyə əsasən, universitetdə şirkət əməkdaşları üçün ixtisasartırma kursu təşkil olunub.
"Unikal" xəbər verir ki, AzMİU-nun İxtisasartırma fakültəsinin nəzdindəki KNAUF Tədris Mərkəzində təşkil olunan kursda “North West” şirkətinin 10 əməkdaşı iştirak edib.
Şirkət əməkdaşlarına AzMİU və KNAUF şirkətinin əməkdaşları tərəfindən təlim keçirilib.
İxtisasartırma kursunda KNAUF tikinti materialları ilə işləmək, karkazların hazırlanması və tikinti materialların xüsusiyyətlərinə görə istifadə üsulları haqqında məlumatlar verilib.
3 gün davam edən kurs 2 bölmədən ibarət olub. Kursun birinci bölməsində nəzəri, ikinci bölməsində isə praktiki biliklər verilib.
Kursu müvəffəqiyyətlə bitirən “North West” şirkəti əməkdaşlarına KNAUF Tədris Mərkəzinin sertifikatları təqdim olunub.
Qeyd edək ki, KNAUF Tədris Mərkəzi AzMİU ilə KNAUF şirkəti arasında əməkdaşlığa əsasən, universitetin İxtisasartırma fakültəsinin nəzdində yaradılıb. Mərkəzdə mütəmadi olaraq tikinti sahəsində fəaliyyət göstərən şirkət və fərdi şəxslər üçün təlimlər, ixtisasartırma kursları təşkil olunur.