Xəbər verdiyimiz kimi, XİN-nin xüsusi tapşırıqlar üzrə səfiri Fəxrəddin Qurbanov vəfat edib.

"Unikal"ın əldə etdiyi məlumata görə, mərhum Fəxrəddin Qurbanov elm və təhsil nazirinin müavini Firudin Qurbanovun qardaşıdır.

Seymur Əli

***

Azərbaycan Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Fəxrəddin Qurbanov vəfat edib.

"Unikal" xəbər verir ki, bu barədə XİN məlumat yayıb.

F.Qurbanov 2004-2007-ci illər ərzində Azərbaycanın Kanadadakı səfiri işləyib. 2007-2014-cü illərdə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında, İrlandiya, İslandiya Respublikasında və Danimarka Krallığında fövqəladə və səlahiyyətli səfir vəzifəsini tutub. Sonra Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfir, həmçinin Xorvatiyada səfir işləyib.