Bakıda insanların köməkliyi ilə yaşayan 77 yaşlı Səkinə Kərimova cibinə yığdığı son pulunu Türkiyədə zəlzələdən zərərçəkənlərə yardım üçün AFAD-a göndərib.

"Unikal" xəbər verir ki, bu barədə "TRT"nin Azərbaycandakı müxbiri məlumat verib. 

Dilənçi pulu Türkiyəyə göndərməsi üçün müxbirə verib və bu sözləri deyib: "Onlara qurban olum. Mən heç nə deyə bilmərəm. Özümü pis hiss edirəm. Uşaqları görəndə çox pis oldum. Cibimdəki 50 manatı onlara yardım kimi verirəm". 

Müxbir qadının sözünü yerə salmamaq üçün pulu götürərək AFAD-a ianə edib. 

Ağarza Elçinoğlu