Bakıda beşmərtəbəli yaşayış binasında yanğın olub.

Bu barədə "Unikal"a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Xətai rayonu, Ramiz Quliyev küçəsində yerləşən beşmərtəbəli yataqxana binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb.

Əlavə məlumat veriləcək.