Xaçmazda ölümlə nəticələnən avtoqəza baş verib.

"Unikal" report-a istinadən xəbər verir ki, Xaçmaz-Xudat avtomobil yolunun Müzəffəroba kəndindən keçən hissəsində avtomobil yolu keçmək istəyən piyadanı, 1958-ci il təvəllüdlü Babayev Ağa Ağabala oğlunu vurub. Piyada aldığı xəsarətdən hadisə yerində ölüb.

A.Babayevin meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.

Fakt araşdırılır.