Saatlı rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən "Unikal"a verilən məlumata görə, rayonun Bəylər kəndində ümumi sahəsi 63 m² olan birmərtəbəli evin qamışdan ibarət tavanı, dam örtüyünün yanar konstruksiyaları 40 m² sahədə və ev əşyaları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.