ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində, “Brent” neftinin ixracına dair 2023-cü ilin aprel müqaviləsinin dəyəri 0,78% artaraq, 1 barelə görə 83,65 dollar təşkil edib.

"Unikal" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin martında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,69% artaraq, 76,87 dollara bərabər olub.