Bakıda küçədə kişi meyiti tapılıb.
"Unikal" lent.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu, Ə.Kürçaylı küçəsində qeydə alınıb.
Küçədə tapılan naməlum kişi meyitinin üzərində zorakılıq əlamətləri olmayıb. Araşdırmalar nəticəsində meyiti tapılan şəxsin Saatlı rayon sakini, 53 yaşlı Kərim Mahmudov olması müəyyənləşib.
Faktla bağlı araşdırılma aparılır.