Bakı şəhər sakini olan bir nəfərin itirdiyi bank kartı vasitəsi ilə yanacaqdoldurma məntəqələrinin birindən 115 manat dəyərində yanacaq alınması barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyindən "Unikal"a verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini Süleyman Quliyev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.