SOCAR “Azəriqaz” İB-nin “Səyyar qəbul otağı” Goranboy rayonun sakinləri üçün qurulub.
"Unikal" xəbər verir ki, aksiyada ümumilikdə 15 müraciət ünvanlanıb ki, bunların da 8-i Səfikürd kəndinin sakinlərinin payına düşüb. Adıçəkilən kəndin sakinləri yeni salınmış yaşayış massivinin qazlaşdırılmasını istəyiblər. Qarasüleymanlı kənd sakini Musa Paşayev qapı keçidinin qoyulmasını xahiş edib. Müraciətlər arasında fərdi yaşayış evinin qazlaşdırılması, qaz xəttində yaşanan sızmaların aradan qaldırılmasında köməkliyin göstərilməsi və yeni çəkilmiş qaz xəttinin istismara verilməsi kimi məsələlər yer alıb. Görüşdə səsləndirilən müraciətlərin araşdırılması üçün aidiyyəti üzrə yönləndiriləcəyi vurğulanıb.