Bu gün Xətai rayonu ərazisində yerləşən "Bravo" supermarketində bankomatların olduğu ərazidə inkassasiya xidmətinə olan silahlı basqın nəticəsində həyatını itirmiş Həşimov Rüfət Rahib oğlu Vətən müharibəsi iştirakçısıdır. 

"Unikal"ın məlumatına görə, Rüfət Həşimov könüllü olaraq döyüşlərdə iştirak edib. O, 2020-ci il oktyabrın 6-da Füzuli istiqamətində döyüşlərə qoşulub. R.Həşimov həm də kikboks üzrə respublika mükafatçısı idi.

Qeyd edək ki, R.Həşimov Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeli qurumu Hərbiləşdirilmiş Mühafizə İdarəsinin əməkdaşı olub.

Seymur Əli