Qazimiz Nicat Zalovun dünyaya yeni göz açmış övladı onun qardaşı, Vətən Müharibəsi Qəhrəmanı Fəqanın adını daşıyacaq. 

"Unikal" xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov məlumat paylaşıb.

Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsində Füzuli rayonundan olan Fəqan və Nicat Zalov qardaşları qəhrəmanlıqları ilə fərqləniblər:

"Biri şəhidlik zirvəsinə ucalıb, digəri isə ağır yaralanaraq qazi olub. Şəhid qəhrəmanımızın adının qazimizin övladına verilməsi ilə bağlı qəhrəman nəsilin yaxınları ilə birlikdə bir araya gəldik. Fəqana əmisi kimi qəhrəmanlıq və qorxmazlıq və uzun ömür dilədik", - deyə deputat bildirib 

Qeyd edək ki, Su Altı Hücum (SAH) Xüsusi Təyinatlı Qüvvələrinin kiçik miçmanı olan Fəqan Zalov 9 noyabr 2020-ci ildə ci ildə üçtərəfli bəyanatın imzalanmasından 6 saat əvvəl Xocavənd istiqamətində gedən döyüşlərdə şəhid olub. Ölümündən sonra Fəqan Zalov “Vətən Müharibəsi Qəhrəmanı”, “Vətən uğrunda”, “Cəbraylılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub.

Anar Kəlbiyev