Martın 6-da müşahidə olunacaq tibbi-meteoroloji proqnoz açıqlanıb.

"Unikal" xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Qeyd edilir ki, gündüz saatlarında Abşeron yarımadasında arabir güclənən gilavar küləyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.