Ermənistan və Rusiya hərbçiləri Ermənistanın hava məkanını qorumaq üçün birgə təlimlər həyata keçirib.

"Unikal" xəbər verir ki,  bu  barədə "Sputnik Armenia" məlumat yayıb. 

Bildirilir ki, Rusiya aviasiya bazasının pilotları və hərbi bazasının hava hücumundan müdafiə (HHM) qüvvələrinin zenit bölmələri erməni hərbçilərlə birlikdə şərti hədəfləri aşkar edərək zərərsizləşdiriblər.