Ümummilli Lider Heydər Əliyevin 100 illiyi ilə bağlı təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq 6 mart 2023-cü il tarixdə Lənkəran rayonunda agacəkmə aksiyası keçirilib.

"Unikal" xəbər verir ki, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun, rayonun hüquq mühafizə orqanlarının rəhbərlərinin, idarə, müəssisə və ictimaiyyətin nümayəndələrinin, habelə YAP fəallarının iştirakı ilə baş tutan aksiyada 500 sərv ağacı əkilib. Şəhərin Heydər Əliyev prospektində baş tutan sözügedən aksiyada yeni əkilən ağaclar suvarılmış və dayaqlarla bərkidilmişdir. Həmin gün rayonun ayrı-ayrı məntəqələrində də ağacəkmə aksiyaları keçirilib.

Qeyd edək ki, agacəkmə aksiyasının ilboyu davam etdirilməsi nəzərdə tutulub.