Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev vətəndaşların qəbulu ilə əlaqədar Göyçay rayonuna səfəri çərçivəsində şəhid ailəsini ziyarət edib.

"Unikal" Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə stinadən xəbər verir ki, nazir şəhid polkovnik-leytenant Vidadi Xəlilovun ailə üzvləri ilə görüşüb, qayğıları ilə maraqlanıb.

Görüşdə yaxınları şəhidlə bağlı xatirələrini bölüşüblər, onun Vətən müharibəsində keçdiyi döyüş yolundan danışıblar.