Azərbaycanın Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə qardaş ölkəyə humanitar yardım aparmış Fövqəladə Hallar Nazirliyinin (FHN) xüsusi təyinatlı nəqliyyat vasitələrindən ibarət ilk avtomobil karvanı Bakı şəhərinə yola düşüb.

Bu barədə "Unikal"a FHN-in Mətbuat Xidmətindən məlumat verilib.

Tərkibinə 14 ədəd avtomobilin daxil olduğu karvan bu gün səhər saatlarında Kahramanmaraş şəhərindən yola düşüb.