8 Mart Beynəlxalq Qadınlar Günü ərəfəsində "Balbadem" şirniyyat mağazası qiymətləri artırıb.

"Unikal"ın məlumatına görə, adıçəkilən mağazada tortların qiymətində 20-25 faiz artım müşahidə olunub.

Misal olaraq, əvvəlki qiyməti 35-40 manat civarında olan "Mona Liza" tortu hazırda 50 manata satılır.

Qeyd edək ki, "Balbadem"in 8 Mart ərəfəsində qiymətləri artırması müştərilər tərəfindən narazılıqla qarşılanıb.

Seymur Əli