Bu gün saat 15:40 radələrində metronun "Koroğlu" stansiyasında ahıl yaşlarında kişi sərnişin özünü pis hiss edib.

"Unikal" xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, dərhal təcili tibbi yardım dəvət edilib.

"Təəssüf ki, təcili yardıma məlumat verildikdən az sonra sərnişin dünyasını dəyişib", - deyə qurum rəsmisi bildirib.