Goranboy Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən Beynəlxalq qadınlar gününə həsr olunmuş aksiya təşkil edilib.

"Unikal" xəbər verir ki, rayon ərazisində keçirilən aksiya zamanı, yol polisi əməkdaşları yol hərəkəti qaydalarına əməl edən qadın-sürücüləri təbrik edib və onlara hədiyyələr təqdim ediblər.